Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan neftinin qiyməti yenə aşağı düşdü

© AFP 2024 / OSMAN KARIMOVBayılda neft nasosları
Bayılda neft nasosları - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 66,58 dollar/barel təşkil edib

BAKI, 14 dekabr — Sputnik. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 66,58 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,35 dollar/barel azdır. 

Sputnik Azərbaycan Trend-ə istinadla xəbər verir ki, bunu ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 65,92 dollar/barel təşkil edib. Bu da əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 12-də 62,48 dollar/barel olub. Bu isə əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.

Dekabrın 12-də Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

Xəbər lenti
0