Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yeməyi sürətlə yemək qida borusu xərçənginə səbəb olur

CC0 / rawpixel / PersonYemək yeyən adam
Yemək yeyən adam - Sputnik Azərbaycan
Abunə olmaq
Yemək yeyərkən hər loxmanı ən az 40 dəfə çeynədiyinizdən əmin olun

BAKI, 13 dekabr — Sputnik. Qida borusu xərçəngi təəssüf ki, ilk mərhələdə heç bir əlamətlə üzə çıxmır. Ona görə də xəstə yalnız vəziyyəti ağırlaşanda xərçəngə yaxalandığını anlayır.

Ən çox yayılan xərçəng növləri arasında 8-ci sırada olan qida borusu xərçəngi insanları ölümlə təhdid edir.

Tütün, siqaret və spirtli içkilər, köklük, mineral çatışmazlığı (xüsusilə də sink çatışmazlığı) kimi faktorlar və radiasiaya məruz qalmaq qida borusu xərçəngi riskini artırır.

Ancaq alimlər bildirirlər ki, qida borusu xərçənginin ən böyük səbəbi yanlış qidalanma vərdişləridir. 

Qoz - Sputnik Azərbaycan
SƏHİYYƏ
Cücərdilmiş qozun inanılmaz faydaları

Sputnik Azərbaycan publika.az-a istinadən bu təhlükəli xərçəng növünə yaxalanma riskini artıran 5 yanlış qidalanma vərdişini təqdim edir:

1. İçkiləri çox isti içmək

Qaynar çay, həddən artıq isti qəhvə və isti içilən digər içkilər qida borusu xərçəngi riskini 2 dəfə artırır. Qaynar halda içilən içkilər qida borusundakı hüceyrələrin məhv olmasına və xroniki qida borusu iltihabına gətirib çıxarır.

İsti içkilər sonda həmin bölgədə xərçəngin yaranmasına səbəb ola bilər.

Ona görə də çayı, qəhvəni və digər içkiləri ilıq halda içməyə diqqət edin.

2. Konserv və hazır qidalardan istifadə etmək

Hisə verilmiş balıqlar, kolbosa, sosis, konservlər – hamısı sağlamlığımızın düşmənləridir. Belə qidalarda yüksək miqdarda “benzapyren” maddəsi var. Bu da xərçəngə səbəb olan ən təhlükəli maddələrdən biridir. 

Darçın - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qatığa darçın töküb yesəniz... - Faydaları

Onu da qeyd edək ki, manqalda bişirilən ətdə ortaya çıxan “nitrozamin” adlı kimyəvi maddə də xərçəng səbəbidir.

Ən yaxşısı əti suda, buğda və ya sobada bişirməkdir.

3. Qidaları uyğun gigiyenik şəraitdə mühafizə etməmək

Nəmli və isti mühitdə saxlanılan taxıl, fındıq, fıstıq, qoz, əncir, ərik kimi məhsullarda yaranan bəzi mikroorqanizmlər toksin ifraz edir.

Bu toksinlər yemək borusu xərçənginə səbəb olur.

Buna görə də qidaları soyuducuda və sərin anbarlarda mühafizə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, kiflənmiş qidaların üzərini təmizləyib istifadə etmək olmaz.

4. Meyvə tərəvəzi az yemək

Rasionda təzə meyvə və tərəvəzlər az olduqda da xərçəng xəstəliyi riski artır. Qida menyusunda meyvə tərəvəzə üstünlük verənlərin xərçəngə yaxalnma riski 2 dəfə azalır.

Xüsusuilə də sitrus meyvələri xərçəng riskini azaltmağa qadirdir.

Sağlam həyat üçün gündə 5 tərəvəz, 4 meyvə növündən faydalanmaq lazımdır.

Xüsusilə də pomidor, kök, ispanaq, sarımsaq, brokkoli, turp, kərəviz, gül kələm, kələm, ənginar, soğan və sitrus meyvələrini süfrənizdən əksik etməyin.

Əgər gün ərzində çox meyvə-tərəvəz yeyə bilməmisinizsə, şirəçəkəndən keçirib suyunu için. 

MasSpec Pen - Sputnik Azərbaycan
SƏHİYYƏ
On saniyədə xərçəng hüceyrəsini aşkar edən cihaz düzəldildi

5. Qidaları az çeynəmək

Yeməyi kiçik loxmalarla və yavaş-yavaş yemək mədənin həzm prosesini yaxşılaşdırır.

Yemək yeyərkən hər loxmanı ən az 40 dəfə çeynədiyinizdən əmin olun.

Yaxşı çeynəmədən udduğunuz qidalar qida borusu xərçəngi riskini artırır.

Xəbər lenti
0