Maşın "TOT AZ" adlanır — açıqlaması Talış Oqtay Türkobalı, "AZ"-da Azərbaycanı deməkdir ".
Bu maşının gövdəsinin bütün dəmir hissələri yalnız "Mercedes" markalı avtomobillərin dam hissələrini söküb döyməklə yığdılıb. Mühərriki idman üslubunda yığılmış və gücləndirilmiş "VAZ-2109" markalı avtomobilin mühərrikidir, salonun cihaz paneli və ön fənərləri "BMW" markalı avtomobilə aiddir, diski və təkərləri "Mercedes AMG", oturacaqları isə "Toyota"ya məxsusdur. Maşının mühərriki çox güclüdür. Təxminən 170-180 at gücündədir.
Oqtay Rzayev vurğulayır ki, düzəltdiyi maşına hətta Gəncədən də müştəri çıxıb, ancaq o, satmaqdan imtina edib.