Həkimə getdi, gözündə qurd tapdılar...

© Photo : KazanfirstGözün diafilariasis xəstəliyi
Gözün diafilariasis xəstəliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Kazan sakinin bəxti gətirib ki, xəstəlik onda tez aşkarlanıb

BAKI, 13 dekabr — Sputnik. Tatarıstanda ilk torpik infeksiya hadisəsi aşkarlanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, xəstəxanaya müraciət edən Kazan sakinində həkimlər nadir xəstəlik aşkar ediblər.

"Chec-up" müayinə üçün xəstəxanaya müraciət edən Kazan sakini gözlərini müayinə etdirərkən həkimlər onun gözlərində nadir yoluxucu xəstəlik aşkar ediblər. Gözün diafilariasis xəstəliyi daha çox tropik ölkələrdə müşahidə edilir. Bu infeksiya Cənub və Şərqi Avropa, Kiçik Asiya, Şri-Lanka ərazisində daha çox yayılıb. Tatarıstanda bu günə qədər belə bir xəstəliyə rast gəlinməyib.

© Photo : KazanfirstDirofilariasis xəstəliyi
Dirofilariasis xəstəliyi - Sputnik Azərbaycan
Dirofilariasis xəstəliyi

Məlumata görə, bu xəstəliyə daha çox orta yaşlı kişilər yoluxur. İnsan bu xəstəliyə istirahət zamanı yoluxa bilər. Əsas səbəbkarı küçə itləridir. Xəstəliyin təhlükəli dövrü may-sentyabr aylarıdır. Bu dövrdə infeksiya daha da güclənir.

İnfeksiya gözə düşdükdən sonra qurdlar əmələ gəlir. Gözə yığılan qurdlar naxış kimi görünür. Xəstəlik zamanı xəstələrdə güclü qarabasmalar və zəif görmə problemi əmələ gəlir. Xəstəliyin müalicəsi qurdların gözdən çıxarılmasından sonra başlayır.

Kazan sakinin bəxti gətirib ki, xəstəlik onda tez aşkarlanıb. Qurdların onun gözündən çıxarılmasından sonra müalicəyə başlanılacaq.

Xəbər lenti
0