BAKI, 13 dekabr — Sputnik. Türkiyənin İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı fövqəladə iclasına Səudiyyə Ərəbistanı və Misir qatılmayıb. Hətta Rusiyanın da iştirak etdiyi zirvəyə bu iki müsəlman dövlətin ən azı nümayəndə belə göndərməməsi diqqət çəkib.
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra dünyada kütləvi xarakter alan etiraz aksiyalarını yayımlaması üçün telekanallara göstəriş verən Səudiyyə rəhbərliyi Ərdoğanın dəvətini rədd edib.
Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, Misir dövləti isə dəvəti ümumiyyətlə cavabsız qoyub.
Bir çox ərəb analitikləri Misir və Səudiyyə Ərəbistanı liderlərinin Qüds zirvəsində iştirak etməməsini həmin liderlərin ABŞ prezidenti Donald Trampla Riyaddakı üçtərəfli görüşünə bağlayıblar.
Xatırladaq ki, avqust ayında Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən görüşdə ABŞ rəhbəri Donald Tramp, Səudiyyə kralı Səlman bin Əbdüləziz və Misir prezidenti Əbdülfəttah əs-Sisi — üçü birlikdə işıq saçan qlobusa toxunaraq yeni ittifaqın yarandığını dünyaya elan etmişdilər.