Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda tələbələrin ölümünə səbəb olan sürücü danışdı

© Sputnik / Fuad HasanovBakı-Sumqayıt yolu
Bakı-Sumqayıt yolu - Sputnik Azərbaycan
Abunə olmaq
"Özümü itirməyib tələbələrə kömək edib düşürdüm"

BAKI, 13 dekabr — Sputnik. ARB TV-nin "Rezonans" verilişində bu dəfə 6 tələbənin ölümünə səbəbkar olan Namiq Hüseynovun həbsxana hekayələri təqdim olunub. Sputnik Azərbaycan xəbər verir ki, N.Hüseynov proqramda öz həyat hekayətini danışaraq peşmançılıqlarını dilə gətirib.

"Atam rəhmətə gedəndən sonra ailəyə kömək üçün işləməyə başlamışam. Bakı-Sumqayıt istiqaməti üzrə işləyirdim. 2008-ci ildən Sumqayıt Dövlət Universitetinin tələbələrini aparırdım. Yavaş-yavaş sərnişinlərimiz çoxaldı, işlərimiz yaxşılaşdı və tələbələrlə münasibətimiz yaxşılaşdı. Mən etiraf edirəm ki, artıq sərnişin daşımışam. Onlar da əsasən səhər saatlarında və axşamlar olurdu. Yalan danışmıram, çünki həmin uşaqları aparmaya bilməzdim. Onlarla ailə kimi idik. Hətta mahnı da qoşub "biz mehriban ailəyik" deyib oxuyurdular. Bir uşağı maşından düşürtmək üçün gərək qəlbini qırasan. Ayın 7-i uşaqları universitetə qoyandan sonra gördüm ki, halım yoxdur. Tərpənə bilmirdim. Ayılanda gördüm ki, xəstəxanadayam. Uşaqlar özləri məni əvvəlcə həkimə apardılar, oradan da evə. Hamısı evimi tanıyırdı. 2 gün sonra işə çıxdım.

Hadisə baş verən gün yanımdan bir maşın ötdü. Ona yol verdim, keçdi, bir az əsəbləşdim. Yenə özümdə olmadım, keyləşdim. Gördüm ki, "Kamaz"a giririk. Sükanı çevirdim, amma artıq gec idi. O da xarab olub dayanmışdı yolun kənarında. Qəza nəticəsində İbrahim yerə düşüb. Onlardan xəbərim olmamışdı. Özümü itirməyib tələbələrə kömək edib düşürdüm. Pəncərələri sındırdım uşaqları çıxartdım. Bir neçə tələbə də mənə kömək edirdi.

Rozanı, Çinarəni qucağıma götürüb düşürdəndə sağ idilər. Sonra polis gəldi, onlarla maşına tərəf gedəndə İbrahimgili gördüm, ölmüşdülər. Dizi üstə çöküb qaldım. Onlarla bir ailə kimi idik. Birlikdə gəzməyə, istirahətə gedirdik. Məhkəmədə hakimə də dedim ki, mən güllələnməyə hazıram. Əgər imkan olsa, buradan çıxsam, uşaqların valideynlərindən icazə alıb onların qəbrini ziyarət edərdim".

Xəbər lenti
0