Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanlı nazirin oğlu ən güclü ekspertlər sırasında

© Sputnik / Murad OrujovBakıda bank ofisləri, arxiv şəkli
Bakıda bank ofisləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın səhiyyə nazirinin oğlu TOP-500-ə düşüb

BAKI, 13 dekabr — Sputnik. İki azərbaycanlı iqtisadçı dünya üzrə islam iqtisadiyyatını bilən 500 iqtisadçı arasına düşüb.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə “Islamica 500” hesabatında qeyd edilib.

© Photo : public domainMurad Şirəliyev
Murad Şirəliyev - Sputnik Azərbaycan
Murad Şirəliyev

Məlumatda deyilir ki, islam iqtisadiyyatı ilə məşğul olan 500 şəxs arasında “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İdarə Heyəti sədrinin müavini Murad Şirəliyev və Rusiya “Sberbank”ının İdarə Heyəti sədrinin müavininin müşaviri olan Behnam Qurbanzadənin də adı yer alıb.

Qeyd edək ki, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan M.Şirəliyev 2015-ci ildə bu vəzifəyə təyin edilib.

Qurbanzadə isə bir müddət əvvəl "AFB Bank" ASC-nin yeni yaradılmış Xəzinədarlıq Departamentinin, daha əvvəl isə ABB-nin İslam bankçılığı Departamentinin direktoru olub.

Xəbər lenti
0