Türkiyədə dövlət 14 yaşlı qızı niyə abort etdirib?

© Photo : PUBLIC DOMAINYeniyetmə qız, arxiv şəkli
Yeniyetmə qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qızın kimdən hamilə qaldığı hələ də müəmmalıdır

BAKI, 13 dekabr — Sputnik. Türkiyədə təcavüzdən sonra hamilə qaldığı iddia edilən qız məhkəmə qərarı ilə abort edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla bildirir ki, qarın ağrısı ilə həkimə aparılan qızın 2,5 aylıq hamilə olduğu məlum olub.

Məhkəmənin qərarı ilə qız abort edildikdən sonra DNT analizi edilib. Testin nəticələrinə görə, uşağın atasının qızın iddia etdiyi 14 yaşlı məktəblinin olmadığı məlum olub.

Qızın sözlərinə görə, eyni məktəbdə oxuyan O.K. onu boş bir binaya apararaq təcavüz edib. O.K. polis tərəfindən saxlanılıb. Onun izahatı alındıqdan sonra azad buraxılıb. Qızın hamiləliyindən sonra ailəsi ilə yaşayan 8, 9 və 12 yaşında olan bacıları ailədən alınaraq uşaq evinə verilib.

Qızın kimdən hamilə qaldığı müəmmalı olaraq qalır. Polis araşdırmanı davam etdirir.

Xəbər lenti
0