BAKI, 13 dekabr — Sputnik. FED uçot dərəcəsini yüksəldib. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25% — 1,25%-dən illik 1,50%-ə qədər artırıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə FED-in mətbuat xidməti bildirib.
Qeyd edək ki, bu, 2017-ci ilin iyunundan faiz dərəcəsinin artımı haqqında ilk qərardır.
FED-in iki günlük iclası bununla başa çatıb.