BAKI, 13 dekabr — Sputnik. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə ilə 2009-ci ildə imzalanan əlaqələri normallaşdırma protokollarını ləğv edəcəklərini açıqlayıb. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.
"Türkiyə ilə əlaqələri normallaşdırma prosesi 2008-ci ilin payızında başlayıb və 2009-cu ilin oktyabrında iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanan protokollarla rəsmiləşib. Biz həmin protokolları ləğv edirik. Çünki qarşı tərəf imzalanan sənədə uyğun rəftar etmir. Həm də sözügedən protokollar parlamentdə təsdiqlənməli idi, lakin təsdiqlənmədi" — nazir bildirib.