SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan - Pakistan münasibətlərinin ildönümü

© AP Photo / Dar YasinPakistan bayrağı
Pakistan bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Pakistan Türkiyə və Rumıniyadan sonra ölkəmizin müstəqilliyini tanıyan üçüncü dövlət olub

BAKI, 13 dekabr — Sputnik. 1991-ci il dekabrın 13-də Pakistan İslam Respublikası Azərbaycanın müstəqilliyini tanıyıb. Sputnik Azərbaycan xəbər verir ki, bu ölkə Türkiyə və Rumıniyadan sonra ölkəmizin müstəqilliyini tanıyan üçüncü dövlət olub.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılıb.

Pakistan Qarabağ məsələsində Azərbaycanın haqlı mübarizəsini daim dəstəkləyən ölkələrdən biridir. Nüvə dövləti olan Pakistan Azərbaycanla hərbi sahədə də sıx əməkdaşlıq edir.

Xəbər lenti
0