BAKI, 12 dekabr — Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq daha iki il vəzifədə qalacaq. Onun vəzifə səlahiyyətinin müddəti 2020-ci ilədək uzadılıb.
Sputnik Azərbaycan "New-York Times"-a istinadən xəbər verir ki, bu barədə təşkilat özü bəyanat yayıb. Stoltenberqin mandatı 2020-ci ilin 30 sentyabrında başa çatacaq.
Xatırladaq ki, Stoltenberq 2014-cü il martın 24-də NATO-da baş katib vəzifəsinə təyin edilib.