BAKI, 12 dekabr — Sputnik. "Vladimir Putinin dünən Suriya, Misir və Türkiyəni ziyarət etməsi Rusiyanın təsir zonasını genişlətmək məqsədi güdmürdü. Əksinə, Moskvanın bölgədəki tutarlı siyasətinin bir parçası idi". Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Putinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu ölkələrə səfər etməkdə əsas məqsəd əməkdaşlığı genişlətməkdir. Xüsusilə də, Suriyadakı əməkdaşlığı. Putinin səfəri bu ölkəni xilas etmək, orada qanuni hökuməti dəstəkləmək, siyasi sabitlik axtarışı və Moskvanın Türkiyə, Misir və Suriya ilə yaxın əlaqələrini daha da möhkəmləndirmək cəhdidir. Yəni, bu səfəri Yaxın Şərqdə güclənmək kimi qələmə vermək olmaz. Rusiya onsuz da uzun zamandır ki, o bölgədədir və təbii olaraq öz praqmatik maraqlarını güdür" – Peskov qeyd edib.