BAKI, 12 dekabr — Sputnik. Fələstinin HƏMAS təşkilatı ölkədə üçüncü “İntifada”nın başlandığını elan edib. Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadla xəbər verir ki, təşkilatın mətbuat katibi Abdulatif Alkanu bunun ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına cavab olduğunu bildirib.
“Biz üçüncü “İndifada”nın başlandığını elan edirik. Məqsədimiz ABŞ-ın qərarını ləğv etməsi üçün onlara təzyiq olaraq etirazların davam etməsidir. Qəzza bölgəsində “İntifada” çərçivəsində etirazlar artır. Bu, üçüncü “İntifada”dır” – deyə Alkanu bəyan edib.
O, Amerikanın qərarına yeni “Qəzəb günü” vəd edib: “Etirazlar İordan çayının Qərb sahilinə də, Qəzzada da, Qüdsdə də davam edəcək. Çünki biz Qüdsü Fələstinin paytaxtı sayırıq, Amerikanın qərarına etiraz edirik. Ümid edirik ki, etirazlar getdikcə böyüyəcək”.