Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Narkotikə görə ələ keçdi, başqa cinayəti də üzə çıxdı

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Dünən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu haqda Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

ŞPŞ-nin uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Eldost Mikayılov saxlanılıb. Onun üzərinə baxış zamanı 0,936 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

E.Mikayılovun barəsində axtarış tədbirləri keçirilən zaman onun başqa bir cinayət törətdiyi də məlum olub. Belə ki, həmin şəxs cari ilin dekabr ayının 9-da şəhər ərazisindəki qızıl əşyalarının alışı və satışı mağazasından bir ədəd 600 manat dəyərində qızıl boyunbağını və 150 manat dəyərində qızıl üzüyü baxmaq adı ilə götürərək qaçıb.

Oğurladığı qızılları Bakı şəhərində qızıl mağazalarının birinə qiymətindən ucuz satıb. Araşdırma aparılaraq həmin qızılların müəyyən qismi maddi sübut kimi götürülüb. 

Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbər lenti
0