BAKI, 12 dekabr — Sputnik. Bakının Sabunçu rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.
Sputnik Azərbaycan bildirir ki, hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin "Report"a verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü M.A.Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib.
Bunu bilən M.A.-nın qayınatası gəlinini qoşalülə tüfəng ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.