BAKI, 12 dekabr — Sputnik. Avstriyadakı Aşağı Avstriya əyalətinin Ganserndorf qəsəbəsində qaz stansiyasında partlayış baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər ölüb, 18 nəfər yaralanıb.
Baumqarten stansiyasında baş verən partlayış səbəbindən Avropanın bəzi ölkələrinə enerji daşıyıcılarının ötürülməsi dayandırılıb. İtaliya, Macarıstan və Serbiyaya Rusiya qazının ötürülməsində fasilələr yaranıb. Hələlik bu ölkələrə Almaniyadakı anbardan istehlakçıları təmin edə biləcək qədər qaz verilir. Mütəxəssislər partlayışın nəticələrini aradan qaldırmaq üçün çalışırlar.
Qəzanın nədən baş verdiyi məlum deyil. Yanğınsöndürmə idarəsinin rəhbəri Franz Resperger açıqlamasında bildirib ki, qaz borularında yaranan sıxılma partlayışa səbəb ola bilər. Hadisənin dəqiq baş vermə səbəbi adiyyatı orqanlar tərəfindən araşdırılır.