CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir videonun izi ilə: Xətaidə baş verənlər aydınlaşır

© Sputnik / Irade JELILXətai rayonu, Sarayevo küçəsi 12
Xətai rayonu, Sarayevo küçəsi 12 - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Hüseynova Mənzər Məmməd qızı və Səmədova Günay Məcid qızına həmin ərazidə tikinti aparılmasına dair icazə verilib"

İradə Cəlil, Sputnik Azərbaycan

 

BAKI, 11 dekabr — Sputnik. Xətai rayonu, Sarayevo küçəsi 12 ünvanında yerləşən parkın dəmir lövhələrlə hasara alınması barədə sosial şəbəkələrdə yayılan video-görüntülər geniş müzakirə obyektinə çevrilib. Məsələ ilə bağlı ərazidə olan Sputnik Azərbaycan-ın əməkdaşına ərazi sakinlərinin verdiyi məlumata görə, park Xətai Rayon İcra Hakimiyyəti tərəfindən satılıb və orada qeyri-yaşayış obyekti tikiləcək.

"Burada 30-dan çox ağac olub. Ağacları gecələr kəsirlər. Bu barədə polisə də məlumat vermişdik. Amma ağaclar yavaş-yavaş kəsildiyi üçün o qədər də diqqət çəkmirdi. Sonradan kəsilən ağacların yerinə gil-torpaq tökdülər ki, ağacların kəsildiyi bilinməsin" — sakinlər bildirdilər.

© Sputnik / Irade JELILXətai rayonu, Sarayevo küçəsi 12 ünvanında yerləşən park dəmir lövhələrlə hasara alınıb
Bir videonun izi ilə: Xətaidə baş verənlər aydınlaşır - Sputnik Azərbaycan
Xətai rayonu, Sarayevo küçəsi 12 ünvanında yerləşən park dəmir lövhələrlə hasara alınıb

Qeyd edək ki, biz hadisə yerində olarkən çəpərlənmiş ərazidə hələ də ağaclar vardı. Ancaq sakinlər iddia edirdilər ki, o ağacları da tezliklə məhv edəcəklər. Onlar hesab edirlər ki, ağacların məhv edilərək yerində hansısa obyektin tikilməsi yolu daraldacaq.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə əlaqə saxladıq. Nazirliyin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev də Sputnik Azərbaycan-a verdiyi məlumatda, Məhəmməd Hadi və Sarayevo küçələrinin kəsişməsində, "Əhmədli" metrostansiyasının çıxışında, uzunluğu 60 metr olan yaşıllıq zolağın dəmir lövhələrlə hasara alınmasını təsdiqlədi.

"Hasara alınan ərazidə yaş kökü üzərində 7 ədəd sərv, bir ədəd şərq çinarı və bir ədəd də akasiya ağacı var. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Hüseynova Mənzər Məmməd qızı və Səmədova Günay Məcid qızına həmin ərazidə tikinti aparılmasına dair icazə verilib" — Mirzəyev bildirdi.

"Hazırda ərazidə yaşıllığın məhv edilməsi, ağac kəsmə faktı yoxdur. Tərəfimizdən akt tərtib edilib, həmin ağacların mühafizəsi ərazi mühafizəçilərinə tapşırılıb" — ETSN rəsmisi əlavə etdi.

R. Mirzəyevin sözlərinə görə, paralel olaraq Bakı Şəhər İcra Hakimiyyətinə və Xətai Rayon İcra Hakimiyyətinə telefonoqramma göndərilərək sənədlərin ləğv edilməsi və hasarlanmış ərazinin əvvəlki vəziyyətə gətirilməsi, tikintinin dayandırılması, hasarların sökülməsi üçün tədbirlər görülməsi xahiş edilib.

© © KarikaturaAğackəsən
Bir videonun izi ilə: Xətaidə baş verənlər aydınlaşır - Sputnik Azərbaycan
Ağackəsən

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, müvafiq məsələlərə məsuliyyətli olan şəxs ölkədə deyil və bu məsuliyyəti ondan başqa kimsə öz üzərinə götürə bilməz.

Xəbər lenti
0