CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt sakinlərinə daha bir xəbərdarlıq gəldi

© Sputnik / Murad OrujovBakı Nəqliyyat Agentliyi
Bakı Nəqliyyat Agentliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək

BAKI, 11 dekabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi şəhər sakinlərini xəbərdarlıq edib.

Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saat 07:00-dan tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Xəbər lenti
0