BAKI, 11 dekabr — Sputnik. "Nyu-Yorkda bu gün baş vermiş partlayış uğursuz terror aktı cəhdi idi". Bu barədə Nyu-York meri Bill de Blazio bəyan edib.
Onun sözlərinə görə, şübhəli şəxs çox yəqin ki, tək fəaliyyət göstərib. Partlayıcı qurğu həvəskar xarakterli və zəif qüvvəli olduğundan partlayış çoxsaylı qurbanlara səbəb olmayıb. Şübhəli şəxs isə yaralanaraq həbs olunub.
Şəhər polis idarəsinin nümayəndəsi isə şübhəlinin 27 yaşlı Akayed Ullah olduğunu bildirib. Polis onun İŞİD-lə əlaqəsinin olub-olmadığını araşdırır.