CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni ilin ən təhlükəsiz avtomobillərinin adları açıqlandı - Siyahı

© REUTERS / Eduardo Munoz"Mercedes" markalı avtomobil
Mercedes markalı avtomobil - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobillərə "yaxşı", "normal", "son həddə", "pis" qiymətləri qoyulub

BAKI, 10 dekabr — Sputnik. Amerika Yol Təhlükəsizliyi Sığorta İnstitutunun (Insurance Institute for Highway Safety) ekspertləri 2018-ci ilin ən təhlükəsiz avtomobillərinin reytinqini tərtib ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, maşınların arxadan, öndən, böyürdən (o cümlədən, sərnişin tərəfdən) zərbəyə davamlılığı yoxlanılıb. Bundan əlavə, mütəxəssislər avtomobillərin damının möhkəmliyi, kreslo və boyunardı yastıqların təhlükəsizliyi, uşaq oturacaqlarının rahatlığı, faraların işığını da yoxlayıblar. Avtomobillərə "yaxşı", "normal", "son həddə", "pis" qiymətləri qoyulub.

Ən yüksək qiyməti 15 avtomobil alıb. "Kia Forte", "Kia Soul", "Huyndai Santa Fe", "Huyndai Santa Fe Sport" modelləri hərəyə altı "yaxşı" və iki "normal" alıblar. "Subaru Impreza", "Legacy", "Outback", "Toyota Camry" hərəsinə altı "yaxşı" və bir "yaxşı+" qiyməti verilib. "BMW 5 Series", "Subaru WRX", "Genesis G90" və "Mercedes-Benz GLC" hərəyə yeddi "yaxşı" və bir "normal" qiymətinə layiq görülüblər.

Xəbər lenti
0