BAKI, 11 dekabr — Sputnik. Çində yayılan bir video hər kəs tərəfindən maraqla qarşılanıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, videoda bir kişi əlində tutduğu şəffaf parçanı açan zaman bədəni parçada görünməz hala gəlib.
Bu xəbərə İctimai Təhlükəsizlik Naziri Chen Shiqu reaksiya bildirərək deyib ki, həmin parçalardan gələcəkdə hərbi sahədə istifadə etmək olar.
Videonu izləyənlərin bəziləri isə buna inanmayıb, videonun proqramlar vasitəsi ilə qurulduğunu qeyd ediblər.