BAKI, 11 dekabr — Sputnik. Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonundakı "Bayraq parkı"nda (keçmiş Musabəyov parkı, heykəlin yerində) ucaldılan bayraq yığışdırılıb. Sputnik Azərbaycan-ın əməkdaşı xəbər verir ki, qüllə yerində olsa da, bayraq özü yoxdur.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, külək və yağıışlı günlərdə bayraqlar yığışdırılır, aşağı salınır və yaxud tamamilə çıxarılır.
"Bayraq meydanı"nda da, "Bayraq parkı"nda da küləkli havalarda bayraqlar yığışdırılır ki, cırılmasın, parçalanmasın. Sonra yenilənir və yaxud təmizlənib asılır. Sabah ümummilli liderin anım günü olduğu üçün bayrağa qara lent bağlanılaraq yenidən yerindən asılacaq" — İcra Hakimiyyətindən qeyd olundu.