BAKI, 11 dekabr — Sputnik. Birləşmiş Ştatlar Türkiyənin terrorçu olaraq tanıdığı, PKK-nın Suriyadakı qolu olan PYD-yə silah göndərməyə davam edəcək. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən — Pentaqondan məlumat verilib.
"İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparmaq üçün PYD/YPG-yə 500 milyon dollarlıq silah veriləcək" — deyə məlumatda bildirilir.
Pentaqon təkcə 2017-ci ildə terrorçu təşkilata 430 milyon dollar dəyərində silah ayırmışdı. 2018-ci ildən etibarən PYD döyüşçülərinə 200-400 dollar aylıq maaş da veriləcək.
Rusiya Suriyada, rəsmi Bağdad da İraqda İŞİD-ə qarşı zəfər əldə edildiyini söyləsə də, ABŞ İŞİD-in yenidən dirçələcəyini bəhanə edərək həm Suriyada, həm də İraqda hərbi bazalar yaratmağa, PKK terrorçularını dəstəkləməyə davam edir.