BAKI, 10 dekabr — Sputnik. Yasamalda, Bayraq parkında (keçmiş Musabəyov parkı, heykəlin yerində) qurulan ən uca bayraq yığışdırılıb. Sputnik Azərbaycan-ın əməkdaşı xəbər verir ki, qüllə yerində olsa da, bayraq özü yoxdur.
© © Sputnik Yasamal parkında bayraq dirəyi
Yasamal parkında bayraq dirəyi
© © Sputnik
Yerli sakinlər bayrağın kim tərəfindən, nə vaxt və hansı məqsədlə götürüldüyünü bilmir. İstisna deyil ki, bayraq təmir üçün müvəqqəti yığışdırılıb. Amma bazar günü olduğundan məsələni dəqiqləşdirmək üçün Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumlarla əlaqə saxlaya bilmədik.