CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaddaşın pozulması, ruh düşkünlüyü... Sizdə bu vitamin çatışmır

© pixabay / whoismargotМужчина в депрессии, фото из архива
Мужчина в депрессии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
B12 qan və sinir sistemi hüceyrələrinin sağlamlığı, normal maddələr mübadiləsi üçün olduqca vacibdir

BAKI, 10 dekabr — Sputnik. Alimlərin fikrinə görə, dünyada 50%-dən çox insan B12 vitamininin kəskin çatışmazlığından əziyyət çəkir. Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, bu vitamin qan və sinir sistemi hüceyrələrinin sağlamlığı, normal maddələr mübadiləsi üçün olduqca vacibdir.

Alimlər "Fiteria" jurnalında dərc olunan məqalədə B12 vitamininin çatışmazlığının ən səciyyəvi simptomlarını sadalayıblar:

— yaddaş problemləri. İnsan adi şeyləri unudur.
— ayaqlarda zəiflik
— başgicəllənməsi
— dadbilmənin pisləşməsi
— orqanizmin tonusunun azalması, ruh düşkünlüyü, depressiyanın inkişafı.

B12 vitamininin ən yaxşı mənbələri arasında:
— mal əti
— yumurta
— süd və süd məhsulları
— balıq və dəniz məhsulları.

Xəbər lenti
0