BAKI, 10 dekabr — Sputnik. "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi olan portuqaliyalı Salvador Sobral cərrahiyyə əməliyyatına məruz qalıb. Sputnik Azərbaycan RİA novosti-yə istinadən xəbər verir ki, ona donor ürəyi köçürülüb.
Əməliyyat hələ dekabrın 8-də keçirilib. Həkimlər əməliyyatın uğurlu olduğunu bildiriblər. Bundan sonra müğənni uzun reabilitasiya kursu keçməlidir.
Sobral reanimasiyaya sentyabrın sonunda düşüb. Portuqaliyanın RTP telekanalı xəbər verir ki, o zaman müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv edib və səhnədən getdiyini açıqlayıb.
Xatırladaq ki, S.Sobral "Amar Pelos Dois" mahnısı ilə Kiyevdə keçirilmiş "Eurovision-2017" mahnı müsabiqəsinin qalibi elan edilmişdi.