BAKI, 10 dekabr — Sputnik. Birləşmiş Millətlər Təşkilatı dünyada illik rüşvətin həcmini açıqlayıb. Sputnik Azərbaycan BMT-nin xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, illik rüşvətin həcmi 1 trilyon (!) dollardır.
BMT İnkişaf Proqramının məlumatına görə, dünya iqtisadiyyatı hər il korrupsiya səbəbindən 2,6 trilyon dollar itirir. Bu zaman inkişaf etməkdə olan ölkələrdə rüşvətxorluqla bağlı olan itkilər inkişaf üçün rəsmi köməyin məbləğindən 10 dəfə çox olur.