Müslüm İbrahimov: “Dövlət istehsalın artırılması üçün böyük imkanlar yaradır”
“Biz çalışmalıyıq və çalışırıq ki, qeyri-neft ixracını artıraq”. Bunu Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında xalçaçılarla görüşü zamanı deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu gün Azərbaycanın yerli xammal istehsal etmək üçün bütün imkanları var:
“Dövlət bunun üçün böyük imkanlar yaradır. Subsidiyaların və maliyyələşmənin artırılmasında məqsəd istehsalın genişləndirilməsidir. İstehsalın artırılması həm də yüksək ixtisaslı mütəxəssislərə tələbi artıracaq”.