BAKI, 9 dekabr — Sputnik. Amerika prezidentinin çıxışı yenı də diqqət mərkəzindədir. Sputnik Azərbaycan "Fox Business" telekanalına istinadən xəbər verir ki, Donald Tramp Florida ştatında tərəfdarları qarşısında çıxış edən zaman bildirib ki, ABŞ iki dünya müharibəsində qalib gələn və kommunizmi diz üstə qoyan dövlətdir: "Biz elə millətik ki, Panama kanalını qazmışıq, iki dünya müharibəsində qalib gəlmişik, aya ilk insanı biz göndərmişik və kommunizmi diz üstə qoymuşuq".
Daha sonra Tramp tərəfdarlarına ümidverici şüarlarla müraciət edib.
Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı ikinci cəbhənin açılması haqqında razılaşma ABŞ, SSRİ və Böyük Britaniya arasında 1942-ci ildə əldə olunub. Amma razılaşma 1944-cü ildə — Faşist Almaniyasının məğlubiyyəti artıq reallığa çevrilən zaman yerinə yetirilib. O zaman Normandiyaya (Fransanın şimal-qərbi) ingilis-amerikan desantı çıxarılıb.