BAKI, 9 dekabr — Sputnik. Reqbi üzrə İtaliyanın milli komandasının keçmiş üzvü Andrea Bennattinin həyat yoldaşı Antonella Barbieri iki uşağını öldürdükdən sonra intihara cəhd edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, psixoloji problemləri olan Antonella Barbieri dekabrın 7-də 2 yaşlı qızını boğub, daha sonra 7 yaşlı oğlunu çay kənarında bıçaqlayaraq öldürüb.
Bundan sonra qadın özünə bıçaq xəsarətləri yetirərək intihar etmək istəyib. Hadisənin şahidi olan vətəndaş polisə xəbər verib. Polislər hadisə yerinə gələrək Antonellanı xəstəxanaya aparıblar. Faktla bağlı araşdırma aparılır.