Keçmiş sevgilisini qısqandırmaq istədi, faciə baş verdi

© AFP 2024 / Scanpixİngiltərənin Bedford şəhərindəki həbsxanada qiyam baş verib
İngiltərənin Bedford şəhərindəki həbsxanada qiyam baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Qadın keçmiş sevgilisinə yataqda başqası ilə çəkilən şəklini göndərib

BAKI, 9 dekabr — Sputnik. İngiltərədə yaşayan Sara Bramley keçmiş sevgilisini qısqandırmaq fikrinə düşüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sara yeni sevgilisi ilə yataqda çəkdirdiyi şəklini keçmiş sevgilisinə göndərib.

Saranın 33 yaşlı keçmiş sevgilisi David Saunders şəkilləri görərkən qısqanıb və taksiyə minərək keçmiş sevgilisinin evi qarşısına gəlib. Sonra orada Saranın yeni sevgilisi Lavsonnun gəlməsini gözləyib. Lavson evə gələn kimi David əlindəki bıçaqla onu öldürüb.

Məhkəmədə ifadə verən David bildirib ki, keçmiş sevgilisi ona şəkilləri atandan sonra əsəbiləşib və özündə olmayıb: "Hadisəni törədən zaman özümdə olmamışam. Belə olmasını istəməzdim".

O, qadınlara müraciət edərək heç bir zaman belə addım atmamağa çağırıb.

Xəbər lenti
0