BAKI, 9 dekabr — Sputnik. İsrail ordusu Qəzzanı raket atəşinə tutub. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, ordu rəhbərliyi HƏMAS təşkilatına aid silah anbarlarının vurulduğunu iddia edib.
Açıqlamada bildirilir ki, dünən Qəzza bölgəsindən İsrailə doğru iki raket atılıb. Guya ki, İsrail tərəfi bundan sonra bölgədəki HƏMAS anbarlarını vurmaq qərarına gəlib.
Qəzzada yerləşən xəstəxanadan verilən açıqlamaya görə, son iki gün ərzində İsrail tərəfinin hücumları zamanı ölənləri sayı 4 nəfərə çatıb.