BAKI, 9 dekabr — Sputnik. İsrail Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr Qəzza zolağına hava zərbələri endirib.
APA-nın xəbərinə görə, bu barədə İsrail Müdafiə ordusunun açıqlamasında bildirilir.
“Qəzza zolağından İsrail ərazisinə atılan raketlərə cavab olaraq, İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri “Həmas”-ın Qəzzadakı təlim kompleksi və silah-sursat anbarına hava zərbələri endirib”, məlumatda deyilir.
“Reuters” agentliyinin Fələstin Səhiyyə nazirliyinə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində Qəzzada azı 25 nəfər yaralanıb.
Bu gün həmçinin İordan çayının qərb sahilində baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 760 nəfər xəsarət alıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüdsü paytaxt kimi tanımasından sonra “Həmas” hərəkatı 8 dekabrı İsrailə qarşı “Qəzəb Cüməsi” elan edib.