CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda əməliyyat: İlhamə Quliyevanın oğlu fırıldaqçı kimi tutuldu

© Photo : REPORTИльхама Гулиева, Народная артистка
Ильхама Гулиева, Народная артистка - Sputnik Azərbaycan
Abunə olmaq
Orxan Nadirov həbsxanadakı şəxsi azadlığa çıxaracağına söz verərək 75-80 min manat civarında pul alıb

BAKI, 9 dekabr — Sputnik. Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov dünən Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, O.Nadirov Əliyev Səbuhi Bayram oğlu adlı şəxsi azadlığa çıxaracağına söz verərək Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu sonra vədinə əməl etməyərək pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, O.Nadirovun keçmiş dostu Vüqar Bəkirov bu ilin mayında  müsahibəsində bu barədə danışmışdı. O bildirmişdi ki, O.Nadirov bir neçə şəxsə pul borcludur və buna görə də barəsində Binəqədi Rayon Polis idarəsində iş gedir. V.Bəkirov onu da əlavə etmişdi ki, Orxan onun etibarından istifadə edərək bir neçə nəfərdən pul alıb.

Xatırladaq ki, əməkdar artist Firuzə İbadova da bir müddət öncə açıqlamasında O.Nadirovun ona borclu olduğunu deyib. Müğənni hətta bununla bağlı bir neçə aidiyyəti orqana müraciət etdiyini də açıqlayıb.

Xəbər lenti
0