BAKI, 9 dekabr — Sputnik. Bakının N.Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçub.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Koroğlu Rəhimov küçəsi 13 ünvanında, Odlar Yurdu Universitetinin əlavə korpusunda beton töküləndən sonra binanın 4-cü mərtəbəsinin bir hissəsi dağılıb.
Beton günorta saatlarında tökülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.