BAKI, 9 dekabr — Sputnik. Azərbaycan Xalq artisti Ramiz Novruzovun qızı, stilist Şəfəq Novruzova Nyu-Yorkda master-klassa dəvət alıb. Sputnik Azərbaycan Novruzovanın “İnstagram” sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir ki, dəvət ABŞ-da yaşayan erməni mənşəli stilist Elisa Ataxanyandan gəlib.
Novruzova dəvətlə bağlı yazıb: “Əziz həmkarlar, məni qonaq qismində Amerikaya master-klassa dəvət ediblər. Tədbirin təşkilatçısı Elisadır”.
Bundan əlavə, Novruzovanı Belçika, Almaniya, Rusiya, Özbəkistan və digər ölkələrdə master-klasslarda iştirak etməyə dəvət ediblər.
Qeyd edək ki, Elisa Ataxanyan “Beynəlmiləl master-klass” adlı layihə həyata keçirir. Bu layihədə müxtəlif ölkələrdən olan stilistlər iştirak edirlər və təcrübələrini bölüşürlər. Bu dəfə o, Azərbaycandan olan həmkarının çağırıb.
Xatırladaq ki, bundan əvvəl Şəfəq Novruzovanın erməni stilist Georgi Kotla dostluğu tənqid hədəfinə çevrilmişdi. Onun sonuncu paylaşımı da tənqid olunub.