Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Salyandakı dəhşətli cinayətlə bağlı yeni məqam: başdaşına...

© Photo : Virtual AzərbaycanMehbarə Qurbanovanın məzarının üzərindəki müvəqqəti başdaşı
Mehbarə Qurbanovanın məzarının üzərindəki müvəqqəti başdaşı - Sputnik Azərbaycan
Abunə olmaq
Öldürülən qızların başdaşına ata deyil, analarının adı qeyd edilib

BAKI, 9 dekabr — Sputnik. Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Mehparə Əliyevanı və dörd qızını xüsusi amansızlıqla qətlə yetirərək cəsədlərini yataq otağının zirzəmisində gizlətmiş manyak-qatil ilk və ən ağır cəzasını alıb.

© Photo : Virtual AzərbaycanÜmudə Qurbanovanın məzarının üzərindəki müvəqqəti başdaşı
Ümudə Qurbanovanın məzarının üzərindəki müvəqqəti başdaşı  - Sputnik Azərbaycan
Ümudə Qurbanovanın məzarının üzərindəki müvəqqəti başdaşı

Sputnik Azərbaycan virtualaz.org-a istinadən xəbər verir ki, 2014-cü ilin mart ayında həyat yoldaşı Fərhad Məhərrəm oğlu Əliyev tərəfindən qətlə yetirilən 56 yaşlı Mehparə Əliyevanın və 4 qızı – 1961-ci ildə anadan olmuş İradə Əliyevanın, 1991-ci ildə anadan olmuş Ümidə Əliyevanın, 1998-ci ildə anadan olmuş Rəqibə Əliyevanın və 1987-ci ildə anadan olmuş Sevda Əliyevanın cəsədlərinin qalıqları məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra təhvil verilib.

Tovuzda qətl hadisəsi - Sputnik Azərbaycan
HADİSƏ
Salyan faciəsinin təfərrüatı: Kişi arvadını və qızlarını necə öldürdüyünü anlatdı

Dəfn zamanı müvəqqəti qoyulan başdaşının üzərinə Mehparə Əliyeva yox, onun ata soyadı olaraq Mehparə Qurbanova yazılıb. Bu dünyada olduğu kimi, o dünyada da yaş sırası ilə analarının “yanına sığınmış” dörd qızın məzar nişanlarına atalarının əvəzinə əzabkeş anaları Mehparənin adı və qızlıq soyadı yazılıb. Əslində bu, günahsız qətlə yetirilən ana və dörd qızın onları öldürən “ailə başçısından” aldıqları ən böyük qisasdır…

Fakta bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

© Photo : Virtual AzərbaycanRəqibə Mehbarə qızı...
Rəqibə Mehbarə qızı... - Sputnik Azərbaycan
Rəqibə Mehbarə qızı...

Dünən Salyan Rayon Məhkəməsində cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Bu gün isə hər iki təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına köçürülüb.

Xəbər lenti
0