Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlər yağların adama necə ziyan vurduğunu açıqlayıb

CC0 / congerdesign / butterCливочное масло, фото из архива
Cливочное масло, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Palma yağı və heyvani yağlar kimi "zərərli yağlar" hüceyrə membranlarını dağıdaraq məhv edir

BAKI, 9 dekabr — Sputnik. Palma yağı və heyvani yağlar kimi "zərərli yağlar" hüceyrə membranlarını dağıdaraq məhv edir.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Kolumbiya Universitetinin alimləri yeni mikroskopiya metodunun köməyi ilə doymuş yağ turşularının hüceyrələr tərəfindən udulandan sonra orqanizmə necə təsir etdiyini müşahidə ediblər.

Mütəxəssislər hidrogen atomlarını ağır hidrogen izotopu (2H deuterium) ilə əvəzləyiblər, amma birləşmənin kimyəvi xassələrini dəyişməyiblər. Ona görə də turşuları müşahidə etmək daha asan olub.

Məlum olub ki, doymuş yağ turşuları plazma membranının tərkibinə qoşulur, orada bərkimiş sahələr yaradır və onun elastikliyini pozur. Hüceyrə belə birləşməni həddindən çox udanda, öz təbii xassələrini itirir və dağılır.

Tədqiqatçılar bunu da müəyyənləşdiriblər ki, balığın, bitki yağlarının və qozun tərkibindəki yarımdoymuş yağ turşuları, əksinə, "zərərli yağlar"ı zərərsizləşdirir, lipid düyünlərinin əriməsinə kömək edir.

Xəbər lenti
0