CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ağır yol qəzası: 4 nəfər öldü, 4 nəfər yaralandı

CC0 / PublicDomainPictures / crushQəzaya düşmüş Mercedes avtomobili, arxiv şəkli
Qəzaya düşmüş Mercedes avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ölənlərdən ikisi hadisə yerində, ikisi isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (ŞMX) keçinib

BAKI, 9 dekabr — Sputnik. Şəkidə 4 nəfərin ölümü, 4-nün yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 18-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Hələ ki, sürücülərinin şəxsiyyəti dəqiqləşməyən "Mersedes" və "Passat" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Ölənlərdən ikisi hadisə yerində, ikisi isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında (ŞMX) keçinib.

Yaralılardan 3 nəfəri Mingəçevir ŞMX-a, bir nəfər isə Şəki MRX-a aparılıb. Şəki MRX-dan APA-ya bildirilib ki, yaralının müayinəsi aparılır, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

 

Xəbər lenti
0