Qüdsdə "Qəzəb Cüməsi"dir

© REUTERS / Mohammed SalemQüdsdə etirazlar
Qüdsdə etirazlar - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib

BAKI, 8 dekabr — Sputnik. İsrail əsgərləri Məscidi-Əqsa və İordan çayının qərb sahilində cümə namazından sonra aksiya keçirən fələstinlilərə atəş açıb. Əvvəlki dövrlərdən fərqli olaraq, əsgərlər bu dəfə plastik mərmilərdən yox, həqiqi güllələrdən istifadə ediblər. İlk əvvəl nümayişçilərə göz yaşardıcı qaz atan yəhudi hərbçilər daha sonra onları güllələməyə başlayıb.

Son məlumatlara görə, 40 nəfər fələstinli xəsarət alıb.

Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, Qəzza bölgəsinə nəzarət edən HƏMAS təşkilatı, İsrailə artıqlaması ilə cavab veriləcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra Yaxın Şərqdə vəziyyət daha da gərginləşib. Müsəlman dövlətlərlə yanaşı, Avropa İttifaqı, Rusiya, Birləşmiş Millətlər Təşkilatı Vaşinqtonun qərarını qınadıqlarını açıqlayıb.

Xəbər lenti
0