Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İrana dollar daşıyan həmyerlimiz ələ keçdi

© AFP 2024 / WAKIL KOHSARПересчитывание денег. Архивное фото
Пересчитывание денег. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 8 dekabr — Sputnik. Xarici valyutanın qanunsuz yolla aparılması cəhdinin qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bildirilib ki, Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılması cəhdinin qarşısını alıblar. İdarənin Sərnişin şöbəsində Azərbaycan Respublikasından İran İslam Respublikasına piyada yolla getmək istəyən Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın üzərində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan edilməyən 14.800 ABŞ dolları aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0