Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əvvəlcə sürücünü qaçırdılar, sonra avtomobilini

© Sputnik / Irade JELILBakıda taksi, arxiv şəkli
Bakıda taksi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır

BAKI, 8 dekabr — Sputnik. Azərbaycanda naməlum şəxslər taksi sürücüsünü qaçırıblar. Sputnik Azərbaycan report-a istinadla xəbər verir ki, Bakı-Gəncə marşrutu üzrə şəxsi "Mercedes" markalı avtomobili ilə sərnişin daşımaqla məşğul olan 1972-cü il təvəllüdlü Mahir Məmmədov naməlum şəxslər tərəfindən soyğunçuluğa məruz qalıb.

Belə ki, Gəncəyə getmək adı ilə Məmmədovun avtomobilinə əyləşən iki nəfər əvvəlcə maşını Biləcəri qəsəbəsinə sürdürüblər. Həmin şəxslər Biləcəridə sürücüyə hücum edərək onun əl-qolunu bağlayıblar. Bundan sonra naməlum şəxslər Məmmədovu da avtomobilə qoyaraq maşını İsmayıllı rayonuna sürüblər. Onlar həmin rayonun Bizlan kəndində sürücünü meşə ərazisində avtomobildən düşürərək ərazidən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

Xəbər lenti
0