BAKI, 8 dekabr — Sputnik. Türkiyədə bir gənc oğlan keçmiş həyat yoldaşının işlədiyi fabrikə kuryer adı ilə daxil olaraq orada mühasib işləyən keçmiş arvadını tapança ilə vurub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar bir müddət əvvəl ayrılıblar, lakin oğlan bu ayrılığı qəbul edə bilməyib.
"Bu ayrılığı qəbul edə bilmirdim, ona görə də onu güllələmək qərarına gəldim" — deyən gənc hadisədən sonra qaçmağa çalışsa da, yaxalanıb.
"Onu çox sevirəm. Kiminləsə sevgi münasibəti olduğunu düşünürdüm. Bu barədə danışmaq və üzləşmək istəyirdim. Buna görə də qapıda olan mühafizəçilərə kuryer olduğumu deyib içəri girdim. Məni görəndə, çaş-baş qaldı, buraya niyə gəldiyimi soruşdu. Aramızda mübahisə başladı və güllələdim. İş yoldaşı araya girmək istəyəndə onu da vurdum" — oğlan əlavə edib.
Qadın 4 güllə yarası alsa da, xoşbəxtlikdən həyatını qurtarmaq mümkün olub.