Pakistan ABŞ əleyhinə yeni qərar qəbul etdi

© REUTERS / Hamad I MohammedОперация ВВС США в Персидском заливе
Операция ВВС США в Персидском заливе - Sputnik Azərbaycan
Abunə olmaq
Aman: "Bundan sonra ölkəmizin hava məkanını pozan istənilən təyyarə vurulacaq, bura ABŞ da daxildir"

BAKI, 8 dekabr — Sputnik. Pakistan Hərbi Hava Qüvvələri komandanı Sohail Aman, ölkənin hava sərhədini pozan istənilən təyyarənin vurulacağını deyib. Sputnik Azərbaycan bu barədə "Timeturk"-ə istinadən xəbər verir.

"Sizə yeni qərarımızı açıqlayıram. Bundan sonra ölkəmizin hava məkanını pozan istənilən təyyarə vurulacaq, bura ABŞ da daxildir" — komandan qeyd edib.

Pakistan dövləti indiyə qədər belə hallar olan zaman hadisəni qınamaqla kifayətlənirdi. Analitiklərə görə, bu cür ani qərar verilməsində əsas səbəb ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasıdır. 

Qeyd edək ki, Pakistanın hava məkanını daha çox ABŞ-a aid pilotsuz təyyarələr pozur. Onlar ara-sıra bu ölkənin ərazisinə daxil olaraq "Taliban" yaraqlılarına qarşı əməliyyat keçirir.

Xəbər lenti
0