BAKI, 7 dekabr — Sputnik. Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü keçirilib.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" mikrobloqunda yazıb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub.
Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) də iştirak edib.
Qeyd edək ki, hər iki nazir ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 7-8-də keçiriləcək iclası çərçivəsində Vyanada səfərdədir.
Elmar Məmmədyarov Vyanada Edvard Nalbandyanla görüşüb
00:35 07.12.2017 (Yenilənib: 21:23 16.11.2021)
Abunə olmaq
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub