Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ali məktəbə "uşaq qəbul etdirən" müəllim həbs edildi

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İşdən çıxdıqdan bir müddət sonra həbs edilib

BAKI, 7 dekabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 62 yaşlı Əməkdar müəllim Nuriyyə Ağayevanın məhkəməsi başlayıb. Sputnik Azərbaycan "Qafqazinfo"ya istinadla xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 14-də davam etdiriləcək.

İttihama görə, N.Ağayeva 5 nəfərdən pul alaraq övladlarını ali məktəbə qəbul etdirəcəyini deyib. Lakin vədinə əməl edə bilmədib və pulu da geri qaytarmayıb. Filologiya elmləri namizədi olan N.Ağayeva 2000-ci il martın 18-də "Əməkdar müəllim" adına layiq görülüb. İşdən çıxdıqdan bir müddət sonra həbs edilib.

Xəbər lenti
0