CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqətli olun: iPhone X ümidləri doğrultmadı...

© AFP 2023 / Chris J RatcliffeСмартфон iPhone X
Смартфон iPhone X - Sputnik Azərbaycan
Abunə olmaq
Telefonda bir neçə ciddi qüsur aşkarlanıb

BAKI, 7 dekabr — Sputnik. Bütün dünyanın səbirsizliklə gözlədiyi, nəhayət, ötən ay təqdimatı keçirilən “iPhone X” telefonu ümidləri doğrultmayıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, “iPhone” telefonunun yeni modelinin test edilməsi problemləri ortaya çıxarıb.

Telefonda bir neçə ciddi qüsur aşkarlanıb. Məsələn, “iPhone X”-in plastmas kənarları heç də zərbəyə davamlı deyil. Əksinə, “iPhone 8”-in ondan daha keyfiyyətli olduğu qeyd edilir.

Reklamlarda “iPhone X”-in batareyasının daha uzunömürlü olacağı deyilsə də, onun enerjisinin digər “iPhone” modellərindən daha tez tükəndiyi məlum olub. Amma telefonun üstünlükləri də var. Yeni telefonun kamerası ən yüksək çəkiliş xüsusiyyətinə malikdir.

Mənfi cəhətlərinə baxmayaraq “iPhone X” hazırda ən çox alınan telefondur.

Xəbər lenti
0