BAKI, 7 dekabr — Sputnik. Ər-arvad yeni doğan qoyunun südünü içib zəhərləniblər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədə yeni doğmuş qoyunun südünü içən ər-arvad zəhərlənib, xəstəxanaya düşüblər.
Məlumata görə, yeni doğan qoyunun südünü içən 41 yaşlı Əhməd D. və həyat yoldaşı 41 yaşlı Əminə D. süd içdikdən sonra qarın ağrısı və qusma şikayəti ilə xəstəxanaya aparılıb. Müayinələr zamanı ər-arvadın zəhərləndiyi məlum olub. Cütlüyə ilkin yardım göstərilib, hadisə ilə bağlı araşdırma aparılır.