Dözə bilməyib taksidə doğdular

© Sputnik / Anar MustafayevTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Analar doğuşdan sonra xəstəxanaya yerləşdirilib

BAKI, 7 dekabr — Sputnik. Türkiyədə maraqlı hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla verir ki, İzmirdə xəstəxanaya gətirilən iki hamilə qadın xəstəxana qarşısındakı taksidə doğub.

Səhər saatlarında halları pisləşən analar taksi ilə xəstəxanaya çatdırlarkən dözə bilməyib və həkimlərin köməyi ilə taksidəcə uşaqlarını dünyaya gətiriblər. Ətrafdakıların görməməsi üçün taksilərin üzərinə ağ mələfə örtülüb.

Biri suriyalı olan iki ananın dünyaya gətirdiyi qız uşaqlarının vəziyyətinin yaxşı olduğu bildirilir. Analar isə doğuşdan sonra xəstəxanaya yerləşdirilib.

Xəbər lenti
0